Türkiyə ABŞ-ı dəstəklədi: `Bu, Əsəd rejiminə bir cavab idi`


19:47     07 Aprel 2017 1726954.jpg

Amerika Birləşmiş Ştatları ordusunun dünən gecədən etibarən Suriyada hökumət qüvvələrinə aid hərbi bazanı bombalamasına Türkiyənin Prezident İqamətgahından ilk açıqlama verilib.


Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın mövzu ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, Bu hücum Bəşər Əsəd rejiminin müharibə cinayətlərinə tutarlı bir cavab idi:

"Hərbi bazanın bombalanması, kimyəvi silahdan istifadənin cavabsız qalmayacağını göstərib. Oxşar hadisələrin yenidən yaşanmaması üçün təcili olaraq uçuşa qadağan bölgə yaradılmalıdır”

Femida.az

Açar sözlər:

Oxunub: 1032